ANS PRESS-in məlumatına görə, jurnal müğənnilərin illik gəlirlərini hesablayıb. Şou biznes aləminin bütün üzvlərinin gəlirlərini jurnal onların vəkilləri, agentləri, menecerləri, hüquqşunasları və ulduzların özlərindən araşdıraraq müəyyən edib. Araşdırmanın nəticəsi heç bir tanınmış tərəfindən şikayət edilməyib.
Müğənni Keti Perri liderlik zirvəsinə qalxıb, Teylor Svift isə bu dəfə də 2-ci pillədə qərarlaşıb.
Keti Perri keçən il 5-ci yerdə idi. Bu il isə onun gəliri 135 milyon dollar olub.

Müasir dövrün ən stabil gəlirli müğənnilərindən biri də Teylor Sviftdir. Onun gəliri 80 milyon dollardır.

Hegemon ulduzların siyahısında rok qrupu “Fleetwood Mac”ı olması təəcüblüdür. Onların bu ilki gəliri — 59,5 milyon dollar olub.

Bakıda keçirilən Avropa oyunlarının açılış mərasimində çıxış edən Ledi Qaqa 59 milyon dollarla 4-cüdür.

Keçən ilin lideri Beyons bu dəfə 4 pillə aşağı düşərək 5-ci yerdə qərarlaşıb. O, həyat yoldaşı reper Cey Zi ilə Amerikada 18 konsert verib və öz parfüm markalarını satıb. Nəticədə gəliri 54,5 milyon dollardır.

"Forbes" jurnalı bir neçə günöncə dünyanaın ən nüfuzlu şəxslərinin siyahısını hazırlayıb. Rusiya Prezidenti Vladimir Putin siyahının lideri olub.
Bu siyahı tərtib edilərkən şəxslərin nəzarət etdiyi maliyyə resursları, təsir göstərə bildikləri insanların sayı, nüfuz dairəsi və onların öz nüfuzundan nə dərəcədə təsirli şəkildə istifadə etməsi kimi faktorlar əsas götürülür.