"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, quyu Qirməki Lay Dəstəsindən, 1445-1364 metr dərinlik intervalından sutkalıq təxminən 5 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyuda istismar işləri “Azneft” İB-nin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.