Bakı, 6 noyabr, AZƏRTAC
Finlandiya çatda ünsiyyət aparmaq üçün milli piktoqramları istifadəyə verən dünyanın ilk ölkəsidir.
AZƏRTAC “gazeta.ru” saytına istinadla xəbər verir ki, Finlandiyanın Xarici İşlər Nazirliyi tərəfindən rəsmi 3 piktoqram təqdim edilib. Birinci piktoqrama “Sauna” adı verilib, əlində çömçə saxlayan kişi və qadın təsvir edilib. İkinci piktoqram “Sınmayan” adlanır və əfsanəvi “Nokia 3310” telefonu təsvir olunub.
Üçüncü piktoqrama “Metallist” adı verilib və “metal” musiqi istiqamətinin fanı təsvir edilib.