Tovuzda kimliyi məlum olmayan meyit tapılıb.

APA-nın verdiyi məlumata görə, noyabrın 6-da axşam saatlarında Tovuz Mərkəzi Rayon Xəstəxanasına kimliyi məlum olmayan, təxminən 40-45 yaşlarında olan kişi meyidi gətirilib. Bildirilib ki, meyit Bakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisində aşkarlanıb. Naməlum şəxsin avtomobil tərəfindən vurulduğu ehtimal edilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Milli.Az