Bakı, 7 noyabr, AZƏRTAC
Dövlət Kino-Foto Sənədləri Arxivinə Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” sənədli filmlər studiyası tərəfindən daimi saxlanılmaq məqsədilə 2014–cü ildə istehsal olunan 8 saxlama vahidi kinosənəd (sənədli filmlər) təhvil verilib.
Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, hazırda “Dağlar qoynunda olan şəhər” (rejissor Tofiq İsmayılov), “Maestro Rauf Abdullayev” (rejissor-Gülnarə Lütfəliqızı), “Vətən uğrunda” (rejissor Emin Əfəndiyev), “Mən Bakını sevirəm” (rejissor Cəmil Fərəcov), “Hüseyn xan Naxçıvanski. Qayıdış” (rejissor Valentina Qurkalenko), “Uçmaq istəyirəm” (rejissor Mariya İbrahimova), “Qafqazdan Apeninə” (rejissor Tahir Əliyev), “Qalib” (qılıncoynatma üzrə çempionu İlqar Məmmədova həsr olunub) filmlərinin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir. Hər bir kinosənədin müfəssəl məzmunu hazırlanır.