Mavrikiyanın paytaxtı Port-Lui şəhərində keçirilən Afrika açıq çempionatının ikinci günü Azərbaycan cüdoçuları üçün daha uğurlu olub.
Milli.Az "Report"a istinadən bildirir ki, Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, çempionatın ikinci günündə idmançılarımız komandanın aktivinə daha 3 bürünc medal yazdırıb.
81 kq. çəki dərəcəsində mübarizə aparan Əbdülhəqq Rəsullu ilk olaraq Qətər nümayəndəsi Usama Xadcamaya qalib gəlib. 1/4 finalda Monteneqro təmsilçisi Sırcan Mravleviçə məğlub olan idmançımız təsəlliverici mübarizəyə qoşulub. Rəsullu bu mərhələdə ilk olaraq qabonlu Pol Kibikaini məğlub edib. Daha sonra Marko Bubanyaya qalib gələn cüdoçumuz bürünc medala sahib çıxıb.
90 kq. çəki dərəcəsində mübarizəyə qoşulan idmançımız Məmmədəli Mehdiyev də bürünc medal qazanıb. İdmançımız çilili Tomas Briseno və mərakeşli İmad Abdullauini məğlub edərək yarımfinala çıxıb. Mehdiyev yarımfinalda Əlcəzair cüdoçusu Adberəhman Benamadiyə uduzub, lakin üçüncü yer uğrunda mübarizədə britaniyalı Endryu Berns üzərində qələbə qazanmağa müvəffəq olub.
Daha bir çüdoçumuz uğurlu nəticəyə imza atıb. Belə ki, ağır çəki dərəcəsində mübarizə aparan Uşanqi Kokauri də bürünc medal qazanıb. İtaliyalı cüdoçu Alessio Maskettini məğlub edən idmançımız avstriyalı Daniel Allerstorferiyə də qalib gələrək yarımfinala çıxıb. Lakin Kokauri də bu mərhələdə əlcəzairli idmançı Amin Tayebə məğlub olaraq üçüncü yer uğrunda mübarizəyə qoşulub. Bürünc medal uğrunda qarşılaşmada o, Tacikistan cüdoçusu Məhəmmədmurad Əbdülrəhmanova qalib gəlib.
Bununla da Azərbaycanın cüdo üzrə milli komandasının aktivindəki medalların sayı dördə çatıb.
Qeyd edək ki, çempionatın ilk günüdə 48 kq. cəki dərəcəsində mübarizə aparan cüdoçumuz Ayşə Qurbanlı da bürünc medala sahib çıxıb.
Milli.Az
Azərbaycan cüdoçuları Afrikada medallar qazandılar
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Prezident FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyir - YENİLƏNİB
milli.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Prezident FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyir - YENİLƏNİB
Bu gün
·
23:01
Bakıda davada qətl törədib qaçan Elmar dünya çempionu imiş - FOTOLAR
Bu gün
·
22:14
Azərbaycan millisindən 6 qolluq qələbə
Bu gün
·
21:57
ABŞ-nin təxliyə planı dünyanı təşvişə saldı
Bu gün
·
21:22
"Neftçi" "Turan Tovuz"la qarşılaşdı
Bu gün
·
21:00
Dünya çempionatı: İki güləşçimiz finalda
Bu gün
·
20:41
İlham Əliyev Azərbaycan-Timor-Leste matçını izləyir
Bu gün
·
20:14
Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı
Bu gün
·
19:56
FIFA U-15 dünya çempionatının açılış mərasimi oldu
Bu gün
·
19:50
ÇL: “Judo Club 2012” növbəti mərhələdə
Bu gün
·
19:33
Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır
Bu gün
·
18:48
"Kəpəz” “Şəfa”ya qalib gəldi
Bu gün
·
18:47
Pul qazanmaq bacarığı ilə seçilən 5 bürc
Bu gün
·
18:29
Məşhur müğənni vəfat etdi
Bu gün
·
18:18
Qalmaqallı hadisələrdə adı hallanan deputat övladları - SİYAHI
Bu gün
·
18:10