Xalq artisti, tanınmış xanəndə Zabit Nəbizadə sənət yolunun keşməkeşlərindən danışıb.
Publika.az-a danışan xanəndə qazandığı uğura görə özünə - çəkdiyi əziyyətlərə borclu olduğunu bildirib:
"Kənddən Bakıya gələndə qalmağa yerim-yurdum yox idi. Qohum evində də qalmağa utanırdım. Buna görə də işlədiyim zavodların yataqxanasında qalırdım.
Şükür bu günümə, çəkdiyim əziyyətlər yerdə qalmadı. İndi sayılıb-seçilən ali təhsil ocaqlarında dərs deyirəm, tanınmış xanəndəyəm. Çəkdiyim əziyyətlər yerdə qalmadı".
Milli.Az