Tovuz, 11 noyabr, AZƏRTAC
Respublikanın iri kartofçuluq rayonlarından sayılan Tovuzda kartof yığımı başa çatıb. Rayonun sahibkarları bu il 7 min 668 hektar sahədən bol məhsul əldə ediblər.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, kartofçuluqla məşğul olan fermerlər sahələrdən 165 min 322 ton məhsul yığıblar. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9323 ton çoxdur. Hər hektarda orta məhsuldarlıq 215,6 sentner təşkil edib ki, bu da ötən ildəkindən 0,2 sentner yüksəkdir.