Ümumdünya Antidopinq Agentliyi (WADA) Rusiya antidopinq laboratoriyasının fəaliyyətini dayandırıb.
Goal.az xəbər verir ki, bu barədə WADA-nın yaydığı hesabat əsasında qərar qəbul olunub.
Hesabatda laboratoriyanın lisenziyadan məhrum edilməsi, habelə, direktor Qriqori Rodçenkovun antidopinq qaydalarındakı çoxsaylı pozuntularla əlaqədar qovulması tövsiyə olunub. Xəbəri Rusiya Antidopinq Agentliyi (RUSADA) təsdiqləyib.
Rusiya atletləri dopinq qalmaqalı ilə əlaqədar 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından kənarda qalma təhlükəsi ilə üzləşiblər.
Milli.Az