Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə günorta saatlarında Hacıqabul-Bəhramtəpə yolunun 7-ci kilometrliyində qeydə alınıb.

"Ford" markalı, 99-FU-918 dövlət nömrə nişanlı kiçik həcmli yük maşını ilə "VAZ 2107" markalı, 10-MH-766 dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Şirinov Taleh Samir oğlu ölüb. T.Şirinov xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Hadisə nəticəsində xəsarət alan üç nəfər isə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.

Milli.Az