Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti MDB Sərhəd Qoşunları Komandanları Şurasının (SQKŞ) Astanada keçiriləcək 74-cü iclasında müşahidəçi qismində iştirak etmək üçün noyabrın 11-də Qazaxıstana səfər edib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tədbir çərçivəsində Azərbaycanın və bir sıra sərhəd qurumlarının nümayəndə heyətləri arasında ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.
Səfər noyabrın 12-dək davam edəcək.