Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçirilməsinə 3,5 milyon manat ayrılıb

Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçirilməsinə 3,5 milyon manat ayrılıb
18:32 11 Noyabr 2015
18 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı il 25 – 27 aprel tarixlərində Bakı şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. "Report" xəbər verir ki, sərəncamla Forumun Bakı şəhərində təşkili üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 3,5 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməsi tapşırılıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/bakida-bmt-sivilizasiyalar-alyansinin-7-ci-qlobal-forumunun-kecirilmesine-3-5-milyon-manat

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR