“Elektron hökumət” portalında “Media” bölməsi yaradılıb.


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, bölmə tətbiq olunan yeni elektron xidmətlər, e-sənəd mübadiləsi, e-imza infrastrukturu, eləcə də xarici ölkələrin “Elektron hökumət” və İKT sahəsindəki təcrübələri barədə məlumat əldə etmək istəyən istifadəçilər və media mənsubları üçün istifadəyə verilib.


Media bölməsinin tərkibində “Press-relizlər”, “Elanlar”, “Xəbərlər”, “Müsahibələr və süjetlər”, “Keçirilmiş müsabiqələr”, “Fotoqalereya” və “Elektron hökumət KİV-də” alt bölmələri təqdim olunur.


CAHANGİR