Bakı, 4 fevral, AzərTAc
Rusiya Federasiyası vətəndaşlarının Ukraynaya xarici pasportlarla daxil olması rejiminin tətbiqi barədə nota Moskvaya bu gün təqdim ediləcək.
AzərTAc RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Arseni Yatsenyuk məlumat verib.
Fevralın 3-də Ukrayna Nazirlər Kabinetinin 2015-ci il martın 1-dən etibarən Rusiya vətəndaşlarının ölkə ərazisinə daxili pasportla girməsini qadağan edən qərar qəbul etdiyi bildirilir.