Bakının “Azəryol” voleybol komandası Finlandiyanın “Salo” klubu ilə qarşılaşacaq

Bakının “Azəryol” voleybol komandası Finlandiyanın “Salo” klubu ilə qarşılaşacaq
10:13 12 Noyabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Bakının qadınlardan ibarət “Azəryol” klubunun Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının səkkizdəbir final mərhələsindəki rəqibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, turnirin onaltıdabir final mərhələsində Rumıniyanın “Tarqoviste” komandasından üstün olan Bakı təmsilçisi Finlandiyanın “Salo” klubu ilə qarşılaşacaq.
Bu mərhələnin ilk oyunlarının dekabrın 8-10-da keçirilməsi planlaşdırılır.
Qeyd edə ki, “Salo” İsrailin “Hayfa” komandasını yarışdan kənarlaşdıraraq növbəti mərhələyə adlayıb.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR