Xəzərdə itkin düşən balıqçılardan daha birinin meyiti tapıldı

Xəzərdə itkin düşən balıqçılardan daha birinin meyiti tapıldı
11:14 12 Noyabr 2015
45 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Xəzər dənizinin Xaçmaz sahilində itkin düşən 3 balıqçıdan daha birinin meyiti tapılıb.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, balıqçı İlqar Daşdəmirovun meyiti dənizin Niyazabad kəndi sahilində aşkarlanıb.
 

Qeyd edək ki, noyabrın 4-də Xəzər dənizinin Xaçmaz sahilində içərisində 3 nəfərin olduğu balıqçı qayığı ilə əlaqə kəsilmişdi. Bir gün sonra onlardan birinin - Tikanoba kənd sakini Həmzə Nurəddinovun meyiti sahildən 500 metr içəridə tapılıb. Meyit Xəzər dənizinin Xaçmaz rayonunun Çayqaraqaşlı kəndi istiqamətində tapılıb. Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin xilasediciləri tərəfindən tapılan meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Digər itkin düşən balıqçı Laçın Laçınov axtarışları davam etdirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR