Sabahın havası: Yağmursuz keçəcək

Sabahın havası: Yağmursuz keçəcək
12:39 12 Noyabr 2015
19 Sosial
Ölkə mətbuatı
A- A+

Noyabrın 13-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var, cənub-qərb küləyinin gündüz arabir güclənəcəyi gözlənilir.      

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 8-11 dərəcə, gündüz 14-17 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, lakin gecə və axşam bəzi yerlərdə yağış, dağlıq rayonlarda sulu qar və qar yağacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə duman olacaq, cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 4-9 dərəcə, gündüz 14-19 dərəcə, dağlıq rayonlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR