Putinin milyarder qızı bu ad altında gizlənir

Putinin milyarder qızı bu ad altında gizlənir
13:46 12 Noyabr 2015
59 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskovun Rusiyalı içtimai fəal və idmançı Katerina Tixonovanın Vladimir Putininin qızı haqda xəbəri təqzib etməyə hazırlaşması bu məlumatı üzə çıxardan Reuters xəbər agentliyinin xüsusi müxbiri Stiven Greyi dilə gətirib.

ANS PRESS-in məlumatına görə, noyabrın 10-u “Reuters” xəbər agentliyi « Qazprom » şirkətinin başçısının rəhbərinin müavini Andrey Akimovun sözlərinə istinadən, Rusiyada fəaliyyət göstərən “İnnopraktika” şirkətinin direktoru Katerina Tixonovanın Prezident Vladimir Putinin qızı olması haqda məqalə yerləşdirib. Məqaləyə Rusiyadan ilk reaksiya Dmitri Peskovdan gəlib. Prezidentin sözçüsü bu məlumatı təqzib edə biləcəyini bəyan edib. “Reuters yazır ki, bunu onlara Andrey Akimov deyib, amma məndə olan məlumata görə Akimov onlara belə bir şey deməyib”, - deyə Peskov öz fikrini bildirib. Öz növbəsində “Qazpromun” mətbuat xidmətindən də bildirilib ki, Andrey Akimov bu ifadəni işlətməyib.

Rusiya tərəfinin bu iddialarına cavab olaraq Reuters onlarda bununla bağlı Akimov səs yazısının olmasını iddia edir.

Rəsmi məlumata görə, Vladimir Putinin iki qızı var – 30 yaşlı Mariya və 29 yaşlı Yekaterina. Onlar Moskvada yaşayırlar və Putin qızları ilə təqribən iki həftədən bir görüşür.


Vladimir Putinin qızları Yekaterina və Mariya


Katerina Tixonova - Putinin övladı olduğu deyilən qız


Qalmaqallı məqalənin müəllifinin sözlərinə görə, onda Putinin qızları ilə bağlı digər faktlar var. Jurnalist Putinin qızları ilə bağlı araşdırma aparıb və müəyyən edib ki, Prezidentin böyük qızı Hollandiyalı bir şəxslə ailə həyatı qurub. Evlilikdən sonra onun adı Mariya Faassendir. Hazırda Mariya Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) elmi əməkdaşıdır. “Putinin kiçik qızının tarixçəsi daha marağlıdı, biz bilirik ki, o şərqşunaslıqla məşqul olub və Sank-Peterburq Universitetində yapon dilini öyrənib. Eyni zamandaYekaterina istedadlı riyaziyyatçıdır və MDU-da elmi karyera qurub. Yekaterina həm də iki fondun rəhbəridir, o MDU-nun prorektorunun müavinidir və milyonlarla dollar yatırılan layihələrə görə məsuliyyət daşıyır” – deyə jurnalist Stiven Grey bildirib. Onun sözlərinə görə, Yekaterina həmçinin akrobatik rok-n-rollada məşqul olur. Stiven grey hesab edir, 29 yaşlı Yekaterina Putina məhz Katerina Tixonova adı altında içtimai həyat yaşayır.


Katerina Tixonova - MDU-nun elmi işçisi

Jurnalist Tixonovanın əldə etdiyi nailiyətləri atası ilə bağlı olmasını iddia edir. Onun sözlərinə görə qadına Putinin yaxın adamları kömək edir. “Bunlar “Rostex” kororasiyasının rəhbəri Sergey Çemezov və “Transneft” şirkətinin prezidenti Nikolay Tokaryovdur , onlar hər ikisi Drezdendə Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) zabitləri olub və Putin və ailəsi ilə birgə bir binada yaşablar,” – deyə Stiven Grey öz fərziyələrini əsaslandırır. “Bir baxın Katerinanın həyatı necə uğurludur.”

Katerinanın şəxsi həyatından danışan jurnalist, onun həyat yoldaşının 33 yaşlı Kiril Şamalov olduğunu deyir. Kiril Putinin yaxın dostu Nikolay Şamalovun oğludur. “Rossiya” bankının həmsahibi Nikolay Şamalov Putinlə münasibətlərinə görə sanksiyaların təsirinə məruz qalıb. Kirilin sərvəti 2 milyard dollar dəyərində qiymətləndirilir, bu da o deməkdir ki, Katerina ilə bir yerdə onlar milliarderdilər. Bundan əlavə Fransanın cənubunda onlara məxsus ev aşkarlanıb.


Kiril Şamalov - Katerinanın həyat yoldaşı


Eyni zamanda jurnalist öz məqaləsində hazırda Rusiya vəzifədə olan şəxslərin uşaqlarına da yüksək vəzifə verildiyini bildirir. “Bu gün Rusiyada keçmiş DTK əməkdaşlarının yaşı 30-dan aşağı olan övladlarının dövlət şirkətləri və dövlət banklarına rəhbərlik etmsi normal haldır.” Bu gənc insanlar hesab edirlər ki, onlar buna özləri nail olublar. Lakin marağlı məqam odur ki, onların məhz Vladimir Putinin hakimiyyətdə olduğu zaman varlanan ailələrin övladlarıdır.

Misal kimi Reuters-in əməkdaşı Arkadiy Rotenberq və onun iki oğlunu gətirir, onlar öz sərvətini Rusiyanın energetika sahəsindən əldə ediblər. Sergey İvanov Rusiya Prezident administrasiyasının rəhbəri, keçmiş DTK generalıdır onun oğlu Sergey İvanov-kiçik “Qazprombank”ın direktoru və iri “Soqaz” sığorta şirkətinin İdarə Heyətinin sədridir.

Daha bir DTK generalı hazırda Vladimir Putinin təhlükəsizliyinə görə məsuliyyət daşıyan Rusiyanın federal mühafizə xidmətinin rəhbəri Yevgeni Murovun oğlu Andrey Murov Rusiyada iri energetika şirkətinin başçısıdır. Rusiyanın təhlükəsizlik şurasının sədri Nikolay Patruşevın oğlu Dmitriy Patruşev isə “Rosselxozbank”ın idarə heyətinin sədridir. "Burda söhbət onların bilik və bacarıqlarından deyil, onların yerində ola biləcək digər gənc insanların bilik və bacarıqlarından gedir", - deyə jurnalist vurğulayır.

Bütün bunları oxucuların diqqətinə çatdıran jurnalist Stiven Grey iddia edir ki, uzun müddətdir ki hakimiyyətdə olan Putinin öz yerini tərk etməyə fikri yoxdur və dostları və ona sadiq olan insanlardan formalaşan yeni nəsil vasitəsi iləo gələcəyini daha da təhlükəsiz etmək istəyir.





Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=364600

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR