Yol "terroru" 4 can aldı

Yol "terroru" 4 can aldı
14:13 12 Noyabr 2015
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir Elmir Murad/

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə daxil olan məlumata görə, rayonun Təbriz küçəsində Bakı şəhər sakini Emil Həsənli idarə etdiyi “Lexus” markalı avtomobillə yolu keçən Cəlilabad rayon sakini Yaqub Qasımovu vurub. Xəstəxanaya yerləşdirilən Y.Qasımov orada ölüb. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Digər bir qəza Binəqədi rayonunun Binəqədi qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Vəli Rüstəmov idarə etdiyi “Chery” markalı avtomobillə yolu keçən həmyerliləri Aynurə Rəhimovanı və qızı Zəhranı vurub. Nəticədə Zəhra hadisə yerində ölüb, A.Rəhimova isə xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Başqa bir ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi Şirvan şəhərində qeydə alınıb. Bu qəzada isə Şirvan şəhərində Yardımlı rayon sakini Elmar Ağayevin idarə etdiyi “Ford Tranzit” və Bakı şəhər sakini Ruslan Şirinovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə R.Şirinovun sərnişini, qardaşı Taleh hadisə yerində ölüb, E.Ağayevin 1 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Şəki şəhərində də yol-nəqliyyat hadisəsi baş verib. Müəyyən edilməmiş avtomobillə yolu keçən rayon sakini Mübariz İsmayılov vurulub və o, hadisə yerində ölüb. Hadisə ilə bağlı Şəki Şəhər Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR