"Nobel" mükafatçısı Corc Smut Dövlət Neft və Sənaye Universitetində olub

"Nobel" mükafatçısı Corc Smut Dövlət Neft və Sənaye Universitetində olub
15:12 12 Noyabr 2015
29 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ Amerikalı alim, "Nobel" mükafatçısı Corc Smut Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) qonağı olub.
ADNSU-nun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, onunla görüşdə çıxış edən rektor Mustafa Babanlı dünya şöhrətli fizikin unuversitetdə olmasını tələbə və alimlərin gələcək elmi fəaliyyətlərində irəliyə doğru atılan addımlar sırasında mühüm hadisə kimi dəyərləndirib.
Universitetin professor-müəllim heyəti və tələbələri ilə keçirilən görüşdə C.Smut həyatının əsas ideyası hesab etdiyi ən böyük kəşfi - "Böyük partlayış nəzəriyyəsi" ətrafında çıxış edib. C.Smut "Böyük partlayış nəzəriyyəsi"nə istnad edərək hər bir elmin əsasında ciddi, davamlı tədqiqatın dayandığını bildirib. O bildirib ki, yalnız bu cür elmi araşdırmalar kainatda insanın yaranması, eləcə də bəşəriyyətin gələcəyi haqda yeni fikirlər söyləməyə imkan verir. O həmçinin vurğulayıb ki, yeni texnologiyalar və biliklər vasitəsilə enerjinin alınması, onun formasını dəyişməsi və daha sonra hansı formada olacağını öyrənmək mümkündür.
C.Smut, həmçinin də neft və qazın mənşəyini öyrənmək və gələcəkdə onun hansı yeni enerji növləri ilə əvəz oluna biləcəyini tədqiq etmək üçün müasir labartoriyalara ehtiyac olduğunu qeyd edib. Daha sonra Con Smut müəllim və tələbələrin suallarını cavablandırıb.




Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/nobel-mukafatcisi-corc-smut-dovlet-neft-ve-senaye-universitetinde-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR