Deputat: 2015-ci ildə Ermənistanı qlobal böhran ğözləyir

Deputat: 2015-ci ildə Ermənistanı qlobal böhran ğözləyir
16:13 29 Dekabr 2014
80 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

2015-ci ildə Ermənistanı qlobal böhran gözləyir. Bu fikri Ermənistanın İrs Partiyasının üzvü, deputat Zarui Postancyan deyib. Bu barədə Trend “Armenia Today” saytına istinadən xəbər yayıb.

Başa çatmaqda olan 2014-cü ilə yekun vuran deputat Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olmasını 2014-cü ilin ən arzuolunmaz hadisəsi adlandırıb: “Hesab edirəm ki, respublikanın gələcək inkişafı prosesində bu hadisə tarixi fakt olacaq. Biz Rusiya tərəfindən aqressiv siyasəti gördük. Əgər erməni xalqı Prezident Serj Sarkisyanın sentyabrın 3-də çıxardığı qərara etiraz etsəydi, bu müqavilə imzalanmayacaqdı. Ermənistanın Aİİ-yə üzvlüyü ölkəni tənəzzülə aparacaq. Hətta əgər bu birləşmə fəaliyyət göstərməsə belə, Ermənistan kimi belə kiçik ölkə üçün bu tipli inteqrasiyalar dərin böhrana çevrilir”.

Postancyan onu da qeyd edib ki, 2015-ci ildən hansısa gözləntisi yoxdur, qarşıdakı ildə ölkəni iqtisadiyyat sahəsində yox, siyasi həyatda da dərin böhran gözləyir: “Mən hər hansı proqnoz verməyəcəyəm və "Üçlüy"ü gələcək hərəkətlərindən çəkindirməyəcəyəm. Amma bir məsələ aydındır ki, erməni xalqını siyasi və iqtisadi dəyişiklik gözləyir. Və biz bu qaçılmaz böhranın nəticələrinə müqavimət göstərməyə hazır olmalıyıq”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR