"Televiziya rəhbərliyi ilə aramda fikir ayrılığı var"

"Televiziya rəhbərliyi ilə aramda fikir ayrılığı var"
16:12 12 Noyabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

Yeni layihələrim var, amma təqdim etməmişəm. Televiziya rəhbərliyi ilə mənim aramda fikir ayrılığı var. Tamaşaçıların içindəyəm, onların fikrini çatdırıram. Tamaşaçı televiziyanın görüntüsündən razı deyil. Onlar efirlərdən keyfiyyət gözləyir.

Milli.Az xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında şoumen Kamran Həsənli deyib. O, telekanalların hazırkı vəziyyətindən narazı olduğunu bildirib:

"Hansı azərbaycanlıdan soruşursan, deyir, "Yerli kanallarımıza baxmıram". Mən elə düşünürəm ki, hamı baxır, amma utanc hissi keçirdiyi üçün bunu etiraf etmir. Bir xalqın vətəndaşının öz telekanallarına belə qiymət verməsi yaxşı hal deyil. Mən efirimizi daha peşəkar, təcrübəli, intellekt səviyyəsi yüksək, reytinq xətrinə mənəvi normaları pozmayan görmək istəyirəm. Bir çoxları çalışır, sübut etsin ki, insanlara bayağı, keyfiyyətsiz, "aşağı hisslərdən" danışan verilişlər maraqlıdır. Bu düşüncəni qəbul etmirəm. Bu mövzuda da mübahisə və müzakirə etməyə hazıram".

K.Həsənli efirə qayıtmasından da danışıb:
 
"Mənim layihələrim sintez olub. Şou ilə sosial mövzunu qarışdırmağı xoşlayıram. Hələ ki, ANS telekanalı ilə işimizi bitirməmişik. Oranın işçisiyəm. Rəhbərliklə danışığımız belə olub ki, layihə müvəqqəti bağlanıb. Yaxın günlərdə efirə qayıdacağam. Amma hələ bir xəbər yoxdur. ANS-də iki  verilişə - "Günə baxan" və "Axşam-axşam"a aparıcılıq etmişəm. Hər iki layihənin müəllifi mən olmamışam. Ona görə də rəhbərliyin verilişi bağlama, aparıcını dəyişmə hüququ var".

Şoumen daha sonra "Dünyada fərqli mövzularda kanallar var. Bizdəkilər isə bir-birinə bənzəyir. Bircə ANS-də özəllik var idi. İndi telekanallarımızın konsepsiyasında böhran var" deyə, əlavə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/381959.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR