"Bavariya" prezidenti: "Dost dara düşəndə onun yanında olmaq lazımdır"

"Bavariya" prezidenti: "Dost dara düşəndə onun yanında olmaq lazımdır"
19:27 12 Noyabr 2015
25 İdman
Ölkə mətbuatı
A- A+

"Bavariya"nın idarə heyətinin sədri Karl-Haynz Rummenige klubun fəxri prezidenti Franz Bekkenbauerin arxasında olduqlarını ifadə edib.

Goal.az xəbər verir ki, Rummenige bu barədə deyib:

"Dost dara düşəndə onun yanında olmaq lazımdır. Həmişə dostluğu belə başa düşmüşəm. İndi də bu prinsipə sadiq qalacağıq. "Bavariya" üçün Bekkenbauer elə Bekkenbauer olaraq qalacaq. Məsələn, Franz olmsaydı, "Allianz Arena" inşa edilməzdi".

Qeyd edək ki, Bekkenbauer korrupsiyada ittiham olunur. İddia olunur ki, 2006 DÇ-nın Almaniyaya həvalə edilməsi üçün "Adidas" şirkətinin eks direktoru Robert-Luis Dreyfus 10.3 milyon İsveçrə frankını gizli fonda ötürüb. Bu fond FİFA İcraiyyə komitəsinin bəzi üzvlərinin səsini satın alıb. Almaniyanın seçki komitəsinin rəhbəri rəhbəri olmuş Bekkenbauer də bundan xəbərdar olub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR