Millimiz Türkiyəyə də uduzdu

Millimiz Türkiyəyə də uduzdu
20:57 12 Noyabr 2015
17 İdman
Ölkə mətbuatı
A- A+

19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində millimiz ikinci oyununa çıxıb.

Trend-in məlumatına görə, Azərbaycan millisi bu gün Bakıda Türkiyə yığması ilə qarşılaşıb.

41-ci dəqiqədə rəqib futbolçu Alican Özfesli qırmızı vərəqə alıb. Oyunun 42-ci dəqiqəsində Roman Hüseynovun zərbəsini rəqib qapıçı Muhammed Şengezer qaytarıb. 57-ci dəqiqədə isə qonaqlar dəqiq olublar. Bu, qarşılaşmada yeganə qol olub (0:1).

Xatırladaq ki, millimiz ilk oyunda Ukraynaya 0:4 hesabı ilə məğlub olmuşdu.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR