x
Loading...
.

Uşaqları sevindirəcək asanmektub.az saytı fəaliyyətə başlayıb

Uşaqları sevindirəcək asanmektub.az saytı fəaliyyətə başlayıb
13:23 13 Noyabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+
.


Bakı, 13 noyabr, AZƏRTAC
“ASAN Könüllüləri” Gənclər Təşkilatı “ASAN Məktub” adlı yeni layihəyə start verib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi həssas qruplara aid uşaqlara sevinc bəxş etmək və ümumilikdə sosial məsuliyyət, eləcə də cəmiyyətə qayğı hissini daha da artırmaqdır.
“Uşaqlara ASAN sevgi” şüarı ilə sosial məsuliyyət hislərini aşılayan bu layihə www.asanmektub.az internet səhifəsi vasitəsilə əhalinin sosial cəhətdən həssas qruplarına aid uşaqların arzu və xəyallarını gerçəkləşdirəcək.
Layihə çərçivəsində 14 yaşadək sosial qayğıya ehtiyacı olan hər bir uşaq məktub yazacaq və yazdıqları məktublara xeyirxah insanlar tərəfindən cavab tapmış olacaqlar.
Vətəndaşlar www.asanmektub.az səhifəsi vasitəsilə onların cavabını gözləyən məktubu seçməklə uşaqların sevincinə sevinc qata bilərlər. Prosesin asanlaşdırılması məqsədi ilə seçilən məktuba cavab “ASAN qasid” kimi çıxış edən “ASAN” könüllüləri vasitəsi ilə təklif edilən ünvandan götürülərək uşaqlara çatdırılacaq və vətəndaşa e-poçt, yaxud da digər əlaqə vasitələri ilə hədiyyənin çatdırılmasını təsdiq edən fotoşəkil göndəriləcək.
“ASAN Məktub” layihəsi çərçivəsində müxtəlif rayonlarda yaşayan 200-dən çox uşağın arzusu artıq reallaşdırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Usaqlari_sevindirecek_asanmektubaz_sayti_fealiyyete_baslayib-901682

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR