“AtaTravel” MMC-nin yeni il turları

“AtaTravel” MMC-nin yeni il turları
13:28 13 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Yeni il ərəfəsində “AtaTravel” MMC Yeni il turlarını təqdim edir. Turizm agentliyi bütün arzu edənlərə münasib qiymətlərlə “Yeni il Parisdə”, “Yeni il Tokioda”, “Yeni il Praqada” turlarını təklif edir.

“AtaTravel” MMC-dən Trend-ə verilən məlumata görə, ekzotika həvəskarlarına Yeni ili Malayziya və Sinqapurda qarşılamaq təklif olunur. Dənizin sahilə çırpınan dalğaları, bayram əhval-ruhiyyəsi, ləziz menyu, şən rəqslər, atəşfəşanlıq Yeni il gecəsini unudulmaz edəcək.

“AtaTravel” MMC-nin baş direktoru Vüsal Əliyev qeyd edib ki, biz həmişə keyfiyyətli və geniş xidmətlər təklif etməyə çalışırıq: "Bu zaman həmçinin, müştərilərimizin arzularını da nəzərə almaqla, eksklüziv təkliflər işləyib hazırlayırıq”.

MMC-yə (994 12) 493-05-01 telefon nömrəsinə zəng edərək geniş məlumat almaq mümkündür. "AtaTravel" MMC turizm agentliyi 2011-ci ildə təsis edilib və "AtaHolding" ASC-nin törəmə şirkətlərindən biridir.

"AtaTravel" turizm agentliyi dünyanın istənilən nöqtəsinə səfərlər üzrə çoxsaylı xidmətlər təklif edir. Şirkət müştərilərə otellər, transferlər, aviabiletlərin, turların əvvəlcədən bronlaşdırılması, sığorta, viza xidmətləri, VIP-zal xidmətlərinin təmin edilməsi, avtomobillərin icarəsi, sağlamlaşdırıcı turizm və müxtəlif istirahət növləri üzrə xidmətlər göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR