NASA “Ultra HD” yayıma başlayır

NASA “Ultra HD” yayıma başlayır
15:56 13 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

ABŞ Kosmik Agentliyi (NASA) kütləvi bazar üçün nəzərdə tutulan “Ultra HD” formatlı ilk kanalın yayımına başlayıb. Videonun kosmosdan yayımlanması “Harmonic” şirkətinin kontent çatdırma sistemi əsasında həyata keçirilir.
 
Translyasiyası "SES AMC-18C” peykindən aparılan kanalın yayılması ilə “NASA” və “Harmonic” birlikdə məşğul olur. “Harmonic” hazırda peyk, kabel və digər ödənişli televiziya operatorları ilə “NASA”-nın yeni kanalının kommersiya TV platformalarına qoşulması ilə bağlı danışıqlar aparır.
 
“Harmonic” şirkətinin nümayəndəsi Piter Aleksander bildirib ki, “NASA TV UHD”  təkcə Şimali Amerika ərazisində “Ultra HD” formatlı ilk kanal yox, üstəlik, videoya kosmosa qoşulmaq imkanıdır.
 
“NASA TV UHD” çərçivəsində ümumilikdə səkkiz müstəqil proqramın yayılması nəzərdə tutulur, - “TelecomDaily” yazır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR