İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun keçirdiyi müsabiqəyə layihələrin qəbulu başa çatıb

17:43 13 Noyabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı,13 noyabr, AZƏRTAC 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi 3-cü qrant müsabiqəsinə layihələrin qəbulu başa çatıb. Müsabiqə çərçivəsində Fonda 138 layihə təqdim edilib. Layihələr Fondun rəsmi internet səhifəsində (www.ictfund.gov.az) qeydiyyatdan keçməklə elektron qaydada qəbul olunub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihələrin qiymətləndirilməsi 2 mərhələdə aparılır. Birinci mərhələdə təqdim olunan layihələrin ilkin ekspertizası 15 iş günü müddətində həyata keçirilir. İkinci mərhələdə isə müstəqil ekspertlər tərəfindən 20 iş günü müddətində hər layihə üzrə kompleks ekspertiza keçiriləcək. Yekunda müsbət rəy almış layihələr Fondun Müşahidə Şurasına veriləcək.
Layihələrin maliyyələşdirilməsi ilə əlaqədar qərarın 2016-cı ilin yanvar ayında veriləcəyi gözlənilir.
Qeyd edək ki, 3-cü qrant müsabiqəsi çərçivəsində layihələrin qəbulu bu il oktyabrın 2-dən noyabrın 10-dək davam edib.
Fondun əsas məqsədi informasiya-kommunikasiya texnologiyaları sahəsində dövlət siyasətinin həyata keçirilməsinə yardım etmək, innovativ sahibkarlıq fəaliyyətini dəstəkləmək, intellektual biznes, innovasiya və elmi-tədqiqat layihələrini stimullaşdırmaq, müasir infrastrukturun inkişafına təkan vermək, kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək, bu sahəyə yerli və xarici investisiyaları cəlb etməkdən ibarətdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Informasiya_Texnologiyalarinin_Inkisafi_Dovlet_Fondunun_kechirdiyi_musabiqeye_layihelerin_qebulu_basa_chatib-901820

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR