Bakı, 13 noyabr, AZƏRTAC
Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları və Belqradda fəaliyyət göstərən Serbiya-Azərbaycan Ticarət Palatasının təmsilçiləri Priboy na-Limu şəhərinin rəhbərliyi ilə görüşüblər.
Bu barədə AZƏRTAC-a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat veriblər. Görüşdə Priboy na-Limu şəhərinin investisiya imkanları, о cümlədən Sənaye Parkı (Priboy azad iqtisadi zonası) barədə ətraflı məlumat verilib. Adıçəkilən əməkdaşlıqda maraqlı olan ölkəmizdə fəaliyyət göstərən işgüzar dairələr və sahibkarlar AZPROMO-ya müraciət edə bilərlər.