Bakı, 4 fevral, AzərTAc
“Azərbaycan–Avropa Gənclərinin Əməkdaşlığı” İctimai Birliyinin (İB) Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnformasiya texnologiyalarının müasir gənclərin həyatında rolu” layihəsi başa çatıb.
İB-dən AzərTAc-a bildiriblər ki, layihə çərçivəsində Mingəçevir Gənclər evində təşkil olunan sonuncu təlimdə region gənclərinə informasiya-kommunikasiya texnologiyalarının son nailiyyətlərindən düzgün istifadə imkanları barədə məlumat verilib.
Mingəçevir, Şəki və Qəbələdə reallaşdırılan layihə çərçivəsində təşkil edilən tədbirlərdə ətraflı fikir mübadiləsi aparılıb, gənclərə informasiya-kommunikasiya texnologiyaları ilə bağlı broşürlər paylanıb.

