Keçmiş nazirin qızı toyu üçün sərvət xərclədi

Keçmiş nazirin qızı toyu üçün sərvət xərclədi
17:01 29 Dekabr 2014
65 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın keçmiş Baş naziri Yuliya Timoşenkonun qızı toyunda quraşdırılan işiq və səs effektləri üçün 200 min dollar ödəyib.

ANS PRESS-in məlumatına görə, Yevgeniya Timoşenkonun toyu bazar günü baş tutub. Mərasimi Ukraynanın məşhur müğənnisi Tina Karol İdarə edib. Mğənninin nə qədər qonorar alması haqda məlumat verilmir. Mərasimdə ancaq kefiyyətli işıq, səs və dekorasiya üçün E.Timoşenko 200 min dollara yaxın pul ödəyib.
34 yaşlı gəlin və iş adamı olan bəy Artur Çeçetkinin qonaqları üçün Ukraynada olan ən yaxşı səs və xüsusi avadanlıqlar quraşdırılmasına çalışıblar.

Onların xüsusi qonaqlarının heç kəs tərəfindən görünməməsi üçün təşkilatçılar toyun keçirildiyi idman kompleksini bağlayıblar, mərkəzi girişin qarşısında üç metrlik ağ banner konstruksiyası qoyulub. Qonaqlar, həmçinin müğənnilər əraziyə şəxsiyyət vəsiqəsi və əvvəlcədən tərtib olunmuş siyahıya əsasən buraxılıblar.

Yevgeniya Timoşenko ikinci dəfədir ki, ailə həyatı qurur. İki il əvvəl o, yeddi il nikahda olduğu britaniyalı rok - musiqiçi Şon Karla ayrılıb. Onun hazırki həyat yoldaşı Ukrayna əsilli amerikalı biznesmendir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=316917

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR