Azərbaycan Dövlət Musiqili Teatrı Yeni il şənliklərinin hazırlıqlarına start verib.

Qurumun mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, teatr Yeni il şənliklərinə dekabrın 24-dən başlayacaq və gələn il yanvarın 6-dək davam edəcək. Hər il olduğu kimi, bu ildə Dövlət Musiqili Teatrının təşkil etdiyi Yeni il şənliklərində balaca tamaşaçıları bir sıra maraqlı məqamlar, sürprizlər, hədiyyələr gözləyir. Tamaşaçılar müxtəlif nağıl qəhrəmanları, Şaxta baba və Qar qızla birbaşa ünsiyyətdə ola biləcək, onlarla əylənəcək, Yeni ili birlikdə qarşılayacaqlar. Ən əsası balaca tamaşaçılar teatrın hazırladığı nağıl-tamaşanı izləmək imkanı qazanacaqlar.

Biletləri şəhərin teatr-konsert kassalarından əldə etmək olar.

Musiqili Teatr Yeni il şənliklərinə hazırlaşır - foto