Yeni Hayat Şirkətlər Qrupu və Azərbaycan Beynəlxalq Bankı Grand Hayat Yaşayış Kompleksində mənzillərin 20 il müddətinə sərfəli İpoteka şərtləri ilə satışını təklif edir.

Azərbaycanda əhalinin mənzil alma imkanlarının artırılması məqsədi ilə ənənəvi olaraq Yeni Hayat Şirkətlər Qrupu sərfəli ipoteka proqramları çərçivəsində Grand Hayat Yaşayış Kompleksinin mənzillərinin satışını təqdim edir.Yeni proqram daxilində kredit müddəti 20 il, ilkin ödəniş ümumi məbləğin 10%-ni, illik faiz dərəcəsi isə 8% təşkil edir.

Grand Hayat Yaşayış Kompleksi paytaxtın ən nüfuzlu ərazilərindən biri sayılan Tbilisi prospekti, 1054 ünvanında inşa edilir. Ideya olaraq təməlikompleks şəklində qoyulan Grand Hayat Azərbaycanın müasir memarlıq layihələrindən ən maraqlısıdır. Layihə çərçivəsində ərazidə 10 təkbloklu yaşayış binası, uşaq bağçası, hipermarket, hər mənzil və qonaqlar üçün nəzərdə tutulmuş yeraltı avtodayanacaq, hovuzu olanIdman Mərkəzi, zəngin infrastruktura malik olan Əyləncə Mərkəzi inşa edilir və 25000 m2 ərazisi olan istirahət parkı salınır.

Layihə haqqında daha ətraflı məlumat üçün www.grandhayat.az saytına daxil olun və ya(012) 922 məlumat Mərkəzinə zəng edin.