Qax, 16 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şimal bölgəsinə ekskursiya biz məktəblilərə ölkəmizin, eləcə də bölgənin əsrlərə sığmayan tarixi, mədəniyyəti, adət-ənənələri, müstəqillik illərində qazandığı nailiyyətlərlə yaxından tanış olmağa imkan yaradacaq.
Bu sözləri Qax məktəblisi Zalxa Cumayeva şimal bölgəsinə ekskursiyaya yola düşməzdən əvvəl AZƏRTAC-a müsahibəsində deyib.
Layihədə iştirak etməyi çox arzuladığını vurğulayan məktəbli sonra qeyd edib: “Eşitmişəm ki, gedəcəyimiz Quba, Qusar, Xaçmaz rayonları da doğma Qaxımız kimi çox gözəldir, əsrarəngiz təbiətə malikdir. Bu aksiya sayəsində ölkəmizin şimal bölgəsini daha yaxından tanıyacağam. İnanıram ki, ekskursiyadan zəngin təəssüratla qayıdacağam”.