Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycan Milli Konservatoriyasında Xalq Artisti Zabit Nəbizadənin solo konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, konsertdə “Zabul-segah” dəstgahı, xalq mahnıları, təsniflər, o cümlədən Fikrət Əmirovun “Kor ərəbin mahnısı”, aşıq havası “Döymə Kərəmi”, Dilkeş təsnifi ifa olunub.
Xalq çalğı alətləri ansamblının müşayiəti ilə baş tutan konsert böyük maraqla qarşılanıb.