ANS PRESS-in məlumatına görə, “Bilboard” jurnalı bütün xalqların və dövrlərin ən yaxşı reperlərinin siyahısını tərtib edib. Siyahıda ilk yerdə 1997-ci ildə güllə yarasından vəfat etmiş Notarius B.İ.G gəlir, “Biqqi”dən sonrakı yerləri 2-ci və 3-cü olmaqla Cey Zi və Eminem bölüşdürüblər.
Siyahıda yeganə qadın reper Lorin Hilldir. Ən gənc reper isə Kendrik Lamar olub. Siyahıda əfsanəvi repin "kral"ı hesab olunan Tupak Şakurun adının olmaması hər kəsi təəccübləndirib. Halbuki Eminemin yaradıcılığına onun böyük dəstəyi olub. Siyahıda olanların hamısı amerikalırdırlar.
The Notorious B.I.G. - "Big Poppa"
10. Lil Ueyn
9.Kendrick Lamar
8.Ghostface Killah
7.Lorin Hill
6.Andre 3000
5.Nas
4.Rakim
3.Eminem
2.Jay Z
1.Notorious B.I.G.

Lil Ueyn

Lorin Hill
Notorious B.I.G.-in əsl adı Kristofer Corc Lator Vallasdır. Afro-amerikan hip-hop ifaçısı, Şərqi Sahil repinin və qanqsta-repin ən görkəmli ulduzlarından biri hesab olunur. 1997-ci ildə Kaliforniya ştatında qətlə yetrilib.
Nyu-Yorkun rep kralının ölümündə şübhəli tərəflər kimi Los Angeles Polis Departamentinin üzvləri, quldur dəstələri, sənətdə rəqibi olan və ondan 7 ay əvvəl ölmüş Tupak Şakur'un adamları göstərilib. Ölümündən əvvəl "Ready to Die" ölümündən sonra isə "Life after Death" albomlarına müəlliflik edib.
2Pac - Do For Love