Dortmund "Borussiya"sının rəhbərliyi Pyer-Emerik Obameyanqı əldən buraxmaq istəmir.

Metbuat.az "Bild"ə istinadən xəbər verir ki, alman klubu qabonlu futbolçunun müqabilində 60 milyon avro tələb edir.

Son oyunlarda "Barselona"nın skautları hücumçunu yaxından izləyirlər. Katalon klubu ilə yanaşı, PSJ və "Arsenal" da Obameyanqın xidmətində maraqlıdırlar.

Cari mövsümdə Bundesliqada 12 matçda meydana çıxan Pyer-Emerik Obameyanq 14 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.