"Report" xəbər verir ki, bunu ABŞ Ticarət Departamentinin Avropa, Orta Şərq və Afrika regionu üzrə köməkçisinin müavini Maykl Lalli TAP layihəsinin icrasının sürətləndirilməsi ilə bağlı ABŞ-ın Yunanıstanla danışıqlar aparmasının mümkünlüyü ilə bağlı suala cavab olaraq bildirib.
"Sadəcə olaraq, Azərbaycan Dövlət Neft Şirkəti, eyni zamanda layihənin digər iştirakçıları adından hər hansı bir bəyanat vermək istəməzdim. Deyə bilmərəm ki, TAP layihəsini çox vacib və mühüm hesab etdiyimizə görə, ABŞ layihəyənin reallaşmasında iştirak edən nümayəndələrlə mütəmadi olaraq görüşlər keçirir və layihənin reallaşmasına dəstək verir", - deyə M.Lalli əlavə edib.