Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Borussiya" (Dortmund) futbolçusu Pyer-Emenik Obameyanqın təzminat qiymətini açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, qabonlu hücumçunu almaq istəyən klub 60 milyon avrosundan keçməlidir.

Qeyd edək ki, Obameyanqın son oyununu "Barselona"nın skautları izləyiblər. Onunla "Arsenal" və PSJ-nin də maraqlandığı bildirilir.

Milli.Az