[ 05 Fevral 2015 12:59 ]
Bakı. Fuad Cəfərov -APA. Ağcabədi rayonunda dələduzluq edən qadın həbs edilib.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dələduzluq etdiyinə görə tutulan Səadət Məmmədovanın ətrafında Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun 2014-cü ildə Tamara Əliyevanın, Sahibə Cəfərovanın, Elyaz Qədimovun, İsmixan Əkbərovun, Rübabə Məmmədovanın, Əli Əmiraslanovun, onun qardaşı Ümüdvarın, Nicat Qədimovun və Dilafət Ağamalıyevin etimadlarını qazanıb ümumilikdə onlardan 37700 manat alması da müəyyən edilib.