"Report" nazirliyin mətbuat xidmətinə istinadən bildirir ki, təlimdə qida, mebel, yüngül, tikinti sənaye sahələrində fəaliyyət göstərən 50-dən çox yerli müəssisənin nümayəndələri iştirak ediblər. Treninqdə məhsulun düzgün tanıdılma vasitələri, reklamın səmərəliliyinin artırılması, xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Tədbir çərçivəsində mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.
Qeyd edilib ki, "Sənaye sahəsində brendlərin yaradılması üzrə biliklərin artırılması Layihəsi" çərçivəsində "Brendinq və sənayədə brendləşmə" və "Marketinq strategiyaları" mövzularında da təlimlərin keçirilməsi nəzərdə tutulur. Təlimlərin sonunda iştirakçılara sertifikatlar veriləcək.