Pyer-Emerik Obameyanqın Dortmund "Borussiya"nı tərk etməsi ilə bağlı yeni detallar ortaya çıxıb.

Metbuat.az "Bild"ə istinadən xəbər verir ki, qabonlu futbolçu ancaq bir şərtlə "Borussiya"da qalacaq: əgər Marko Roys klubda qalsa. Obameyanq Roys gedəcəyi təqdirdə başqa kluba keçəcəyini rəhbərliyə bildirib.

"Barselona", "Arsenal" və PSJ Obameyanqla yaxından maraqlanır. "Borussiya" isə onun qarşılığında 60 milyon avro tələb edir.