ANS PRESS-in məlumatına görə, "beynəlxalq müsabiqə" bölməsində mübarizə aparacaq Hindistan, İsveçrə, Fələstin, Danimarka istehsalı olan filmlərlə yanaşı iki yerli filmin adı da var.
Dünyanın bu nüfuzlu festivalında Türkiyəni “Rüzgarın xatirələri” və “Kalandar soyuğu” filmləri təmsil edəcək. 52-ci Antalya Beynəlxalq Film Festivalının “beynəlxalq müsabiqə” bölməsində yarışacaq ən yaxşı 10 filmin siyahısı:
1. “Bridgend” (Rejissor: Cep Rond, Danimarka)
2. “Mühasirəyə alınmış” – “Enclave” (Rejissor: Qoran Radovanoviç, Serbiya və Almaniya)
3. “İtkin qızlar” – “Girls lost” (Rejissor: Aleksandro, İsveç)
4. “Kalandar soyuğu” (Rejissor: Mustafa Qara, Türkiyə və Macarıstan)
5. “Masaan” (Rejissor: Niraj Qayvan, Hindistan və Fransa)
6. “Daşa yazılmış xatirələr” – “Memories on stone” (Rejissor: Şövkət Emin Korki, Almaniya və İraq)
7. “İnqilabçı pionerlər” – “Pioneer heroes” (Rejissor: Nataliya Kudryaşova, Rusiya)
8. “Rüzgarın xatirələri” (Rejissor: Özcan Alpər, Türkiyə, Almaniya və Fransa)
9. “Andlı bakirə” – “Sworn virgin” (Rejissor: Laura Bispuri, İtaliya, İsveçrə, Almaniya, Albaniya, Kosova və Fransa)
10 "İdol” – “The İdol” (Rejissor: Hani Əbu Əsəd, Fələstin)

52-ci Antalya Beynəlxalq Film Festivalının “beynəlxalq müsabiqə” si
Mərasim 29 noyabr – 6 dekabr tarixləri arası keçiriləcək. Qalibin 50 min avro ilə mükafatlandırılacağı “ən yaxşı film” nominasiyası ilə yanaşı, festivalda “ən yaxşı rejissor”, “ən yaxşı ssenari”, “ən yaxşı musiqi”, “ən yaxşı aktrisa”, “ən yaxşı aktyor” kateqorayiları üzrə də mükafatlar təqdim olunacaq. Qaliblərin adı dekabrın 6-da baş tutacaq festivalın bağlanış mərasimində elan olunacaq.
“Kalandar soyuğu” filmin anonsu
Keçən il Türkiyə istehsalı "Quzu" filmi qalib olub. Antalya Beynəlxalq Film Festivalı 1964-cü ildən keçirilir. Türkiyən ən vacib film festivalı hesab olunur.