ANS PRESS-in məlumatına görə, ifaçı 7 günlük oğlunun fotosunu mikrobloqa yerləşdirib.
Düzdür, aktrisa hələki oğlunun üzünü göstərməməyə qərar versə də, ayağının şəklini göstərib.
Şakira körpənin dilindən fotoya belə şərh verib: "Ayaqlarım atamın ayaqlarına oxşayır. Bu ayağıma bir baxın, sanki bütün həyatım boyu futbol oynamışam".
38 yaşlı Şakira və 28 yaşlı Jerar Pike bu yaxınlarda ikinci dəfə valideyn olublar. Müğənni 29 yanvarda ikinci oğlunu dünyaya gətirib. Cütlük körpəni Saşa adlandırıb.

MənbəANS PRESS