Prezident: "Donetsk hava limanında baş verən döyüşdə 14 separatçı məhv edilib"

19:02 29 Dekabr 2014
58 Dünya
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 18:57 ]

Bakı – APA. Donbassda atəşkəs barədə razılığa baxmayaraq, bu gün Donetsk hava limanında Ukrayna əsgərləri ilə separatçılar arasında toqquşma baş verib. APA-nın UNİAN-a istinadən yaydığı xəbərə görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko keçirdiyi mətbuat konfransının gedişində məlumat verib. O, Donetsk aeroportuna hücum olunduğunu açıqlayıb: “Döyüş 10 dəqiqə əvvəl yekunlaşıb. Hərbçilərimiz hücumu dəf ediblər. 3 hərbçimiz həlak olub. Hücum edən silahlılardan 14-ü öldürülüb, 1-i əsir götürülüb”.   

 

Qeyd edək ki, Donetsk hava limanı Ukrayna ordusunun nəzarətindədir və hazırda Donbassda ən qaynar nöqtə sayılır. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367659

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR