Roma, 21 noyabr, AZƏRTAC
İtaliya müsəlmanları Parisdə törədilmiş terror aktlarına qarşı etirazlarını bildirmək üçün Romada nümayiş keçiriblər.
İtaliya İslam İcmaları Birliyi tərəfindən təşkil olunmuş nümayişdə bu ölkədə yaşayan müsəlmanlar terrorizmin İslam dini ilə əlaqələndirilməsini pisləyən şüarlar səsləndiriblər. Qurumun sədri İzzəddin Əlzir bütün İslam dünyasının terrorizmi pislədiyini bildirib. O deyib ki, bu nümayiş müsəlmanların terrorizmə qarşı olduğunu göstərir.
İtaliya İslam Dini İcması bu ölkədə yaşayan bütün müsəlmanları terrorizmə qarşı birləşməyə çağıran müraciət yayıb. İtaliya İslam Konfederasiyası da daxil olmaqla, bu ölkədə fəaliyyət göstərən bir çox müsəlman qurumlarının nümayəndələri müraciəti imzalayıblar.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma