Moskva, 21 noyabr, AZƏRTAC
Moskvada işıq üzü görən “Poeziya akademiyası” (“Аkademiya poezii”) almanaxının 13-cü nömrəsində Rusiyada yaşayan azərbaycanlı şairlərinin də şeirləri dərc edilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi Nəsib Nəbioğlu məlumat verib.
Poeziya toplusuna Nəsib Nəbioğlu, Sultan Mərzili, Əşrəf Hüseynli, Maya Bədəlbəyli, Yaqut Nemətovun şeirləri daxil edilib.
Almanaxın bu nömrəsi görkəmli rus şairi Sergey Yeseninin anadan olmasının 120 illiyinə həsr olunub.
Fəridə Abdullayeva
AZƏRTC-ın xüsusi müxbiri
Moskva