Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov və Rusiyanın təhsil və elm naziri Dmitri Livanov Azərbaycan Dövlət İqtisad Universitetində “SABAH” qruplarının tələbələri ilə görüşüblər.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə qonağa “SABAH” layihəsi haqqında məlumat verilib.
Layihəni müsbət dəyərləndirən rusiyalı nazir bu sahədə təcrübə mübadiləsi aparmağı təklif edib.