Ukraynanın Xerson vilayətində Krımı elektrik enerjisi ilə təmin edən ötürücü xətt partladılıb.
APA-nın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə "112 Ukrayna" telekanalı məlumat yayıb.
Məlumata görə, bu barədə Feysbuk səhifələrində Ukrayna DİN-nin nümayəndəsi İlya Kiva və Rusiyaya birləşdirilmiş yarımadanın ərazisində yayımına qadağa qoyulan ATR Krım-Tatar telekanalının baş redaktoru Osman Paşayev bildiriblər.
Qeyd edək ki, elektrik enerjisinin verilişində yaranmış problem nəticəsində yarımadadakı Simferopol, Sevastopol və digər iri şəhərlər işıqsız qalıb.
Hadisədən sonra bölgədə 22-nə keçən gecə fövqəladə vəziyyət elan edilib. APA-nın məlumatına görə, bu barədə "RİA Novosti"yə Rusiya FHN-nin Krım üzrə idarəsinin informasiya təminatı şöbəsinin rəhbəri Vladimir İvanov bildirib.
Milli.Az