Daşkənd, 24 noyabr, AZƏRTAC
Daşkənddə özbək dilində çap olunan “Alo kayfiyat” ədəbi jurnalında tanınmış Azərbaycan yazıçısı Firuz Mustafanın “Qatillər” hekayəsi çap olunub.
Hekayəni orijinaldan özbək dilinə ədəbiyyatımızın dostu, şair və tərcüməçi Şəhla Qasımova çevirib. Bundan əvvəl isə həmin jurnalda Ş.Qasımovanın tərcüməsində bir sıra şairlərimizin şeirləri işıq üzü görmüşdü.
Ş.Qasımova bir neçə ildir ki, Azərbaycan poeziya nümunələrini özbək və rus dillərinə tərcümə edir və bu əsərlər müxtəlif nəşrlərdə çap olunur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
Özbəkistanda işıq üzü görən jurnalda azərbaycanlı yazıçının hekayəsi çap olunub